Menu

"Əsəd rejimi xəstəxanaları bombalayıb" - Türkiyə Milli Müdafiə Nazirliyi

21.03.2021, 15:51
"Əsəd rejimi xəstəxanaları bombalayıb" - Türkiyə  Milli Müdafiə Nazirliyi

“Əsəd rejimi növbəti dəfə suriyalı dinc sakinlərə mərhəmətsiz hücum edib”. “Report” xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyi açıqlayıb.

“İdlib vilayətinin Atarib yaşayış məntəqəsindəki xəstəxanaya edilən top atışları ilə 1-i uşaq olmaqla 5 mülki şəxs rəjim tərəfindən qətlə yetirilib. Xəstəxananı vuraraq növbəti dəfə insanlıq əleyhinə cinayət törədən rejim 10 dinc sakini də yaralayıb”, - nazirlik bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol