Çinin Ordu rəhbərliyi təhlükəsizlik səbəbi ilə ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla”nın avtomobillərinin hərbi obyektlərə girişini qadağan edib.
Hərbi vəzifəlilərə göndərilən əmrdə «Tesla» avtomobillərindəki çoxyönlü kameraların və ultrasəs sensorlarının casusluq üçün istifadə oluna biləcəyi əsas gətirilərək, onlardan orduda istifadənin qadağan olunduğu qeyd edilib.
Həmin avtomobillərin yalnız hərbi obyektlərin xaricində park edilməsi tövsiyə edilib.
Elon Musk isə iddialarla bağlı videobağlantı qurduğu Çin İnkişaf Forumunda açıqlama verib.
''Bir şirkət həqiqətən casusluq edərsə, bunun ona yalnız mənfi təsirləri olar. “Tesla” avtomobillərindən Çində və ya başqa bir ölkədə casusluq üçün istifadə edilsəydi, sadəcə bağlanardı'' –deyə, Elon Musk açıqlamasında bildirib.
AzPolitika.info


Şərhlər