Menu

ABŞ-ın Suriyadakı hərbi bazası atəşə tutulub

23.03.2021, 20:31
ABŞ-ın Suriyadakı hərbi bazası atəşə tutulub

ABŞ-ın Suriyanın Deyr-ez-Zor əyalətindəki hərbi bazası raket atəşinə məruz qalıb.

“Report”un məlumatına görə, bu barədə “Al-Mayadeen” telekanalı xəbər verib.

Məlumata görə, atəş nəticəsində ABŞ-ın bir neçə hərbi qulluqçusu xəsarət alıb.

"Deyr-ez-Zorun şimalındakı Amerika bazasına naməlum istiqamətdən raketlər atılıb. Atəş Amerikanın bir neçə hərbçisinin xəsarət almasına səbəb olub", - telekanalın xəbərində deyilir.

Pentaqon hələlik bu məlumatı şərh etməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol