Menu

Ermənistanda hərbi vəziyyət rejimi ləğv edilib

24.03.2021, 10:47
Ermənistanda hərbi vəziyyət rejimi ləğv edilib

Ermənistan parlamenti ölkədə tətbiq olunan hərbi vəziyyət rejmini ləğv edib.

"Report" "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, məsələ qanunverici orqanın martın 24-də keçirilən iclasında müzakirəyə çıxarılıb.

Hərbi vəziyyət rejiminin aradan qaldırılması ilə bağlı layihəni 118 deputat dəstəkləyib.

Qeyd edək ki, Ermənistanda hərbi vəziyyət rejimi 2020-ci il sentyabrın 27-də - İkinci Qarabağ müharibəsi başlayan gündən tətbiq olunmuşdu. Bunun ləğvi ilə bağlı qanun layihəsini Ermənistan parlamentindəki müxalif “İşıqlı Ermənistan” və “Çiçəklənən Ermənistan” fraksiyaları hazırlamışdı. Baş nazir Nikol Paşinyanın "Mənim addımım" parlament fraksiyasının deputatları da layihənin lehinə səs verib.

Şərhlər

Konfiloloq Özgənov 2021-03-24 16:49:59

Zərgər balanslı siyasət aparılıb? Baxmayaraq ki, Ermənistan Ali Soveti DQMV soveinə istinadən Azərbaycanı 30 il hərbi işğalda zorlayıblar öz ərazilərində bircə hərbi hadisəyə yol verməyiblər! Nəinki, Kreml, heç rəsmi Bakı da tarixin bu antikonstitusion CİNAYƏTİNƏ qarşı yetərincə iddia qaldırmayıblar?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol