Menu

Putinə növbəti dəfə prezidentliyə namizədliyini irəli sürmək hüququ verən qanun qəbul edilib

24.03.2021, 15:41
Putinə növbəti dəfə prezidentliyə namizədliyini irəli sürmək hüququ verən qanun qəbul edilib

Rusiya Dövlət Duması Vladimir Putinə növbəti dəfə ölkə prezidentliyinə namizədliyini irəli sürmək hüququ verən qanun layihəsini qəbul edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Dövlət Dumasının bu gün keçirilən plenar iclasında ölkə Konstitusiyasına əlavə və düzəlişlərin icrası ilə bağlı qanun layihəsini üçüncü oxunuşda qəbul olunub.

Qanun layihəsində hazırkı Prezident Vladimir Putinin yenidən ölkə başçısı vəzifəsinə namizədliyini irəli sürmək hüququ da nəzərdə tutulub.

Rusiya Federasiyası Konstitusiyasının yeni müddəasına görə, eyni şəxsin Rusiya Federasiyasının Prezidenti vəzifəsini tuta biləcəyi müddətlərin məhdudlaşdırılması mövcud dövlət başçısına onun əvvəlki prezidentlik müddətləri nəzərə alınmadan tətbiq edilir. Beləliklə, bu norma mövcud dövlət başçısına Rusiya Federasiyasının Prezidenti vəzifəsini daha iki müddət davam etdirməyə imkan verir.

Şərhlər

Veteran 2021-03-25 21:59:20

ALLAH heç xeyir verməsin.

Roma 2021-03-25 08:54:01

Rusiya 200 ildən bir qədər çox müddətdə Azərbaycanı zaman-zaman parçalayaraq bir hissəsini özünə, ən böyük hissəsini İrana, tarixdə dövlətçiliyi oimayan və tarix boyu onun-bunun qapısında nökərçilik edən, qadınlarını başqalarının altına itələyən ermənilərə və borçalını da Gürcüstana vermişdir...Rusiya dünyada ən əclaf siyasət aparan dövlətdir...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol