Menu

Avtomobil yoluna çıxan naməlum qadının şəxsiyyəti müəyyən olunub - FOTO

24.03.2021, 16:39
Avtomobil yoluna çıxan naməlum qadının şəxsiyyəti müəyyən olunub - FOTO

Abşeron rayonunda avtomobil yoluna çıxaraq, qəza görüntüsü yaradan naməlum qadının şəxsiyyəti müəyyən olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə müəyyən olunub ki, rayonun “Gənclər şəhərciyi”də yaşayan 30 yaşlı qadın martın 23-də sağlamlığında yaranan psixi pozğunluqla əlaqədar evdən qaçarkən avtomobil yolunda müvazinətini itirərək yerə yıxılıb.

Qeyd edilib ki, görüntüdə onu təqib edən şəxslər isə onun ailə üzvləri olub. Qadın dərhal xəstəxanaya çatdırılaraq, ilkin tibbi yardım göstərilib.

"O da məlum olub ki, qadının əməlində hər hansı qəsd yoxdur, əvvəllər onunla bağlı bu və ya digər formada polis orqanlarına hər hansı şikayət xarakterli müraciət daxil olmayıb. Qadın ailəlidir.

Hazırda Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsində faktla bağlı təhqiqat araşdırmaları davam etdirilir", - Mətbuat xidmətindən bildirilib.

Şərhlər

Mehdi 2021-03-25 15:58:43

Bir defe sfetaforda dayanmisdim,yaxsiki qapilar avtomatik baqliydi.Bu zaman gordumki bir cavan qadin masinin qapisini dartisdirir.Suseni azca yendirib sorusdumki nə isteyirsen,dediki burda masina minib qabaqki kucede dusecem.Telesik isim var sen allah qapini ac.Bu zaman yasil isiq yandi surdum.Qadin meni colden soydu soye bildikcə. Sonralar yoldaslarla sohbetlesende əksəriyeti dediki bizimde basimiza gelib.Indi bu qadinin yoy

vətəndaş 2021-03-24 19:42:29

İnanan daşa dönsün

Seyid veteran 2021-03-24 19:40:50

Deyəsən qadının himayəçiləri güclü oldu. Hələ videonu çəkəni məsuliyyətə cəlb etməyiblər buna da şükür.

Mehdi 2021-03-24 18:24:41

Qadin ailelidir,heyle fikri olmayib,yaxsi qadindi ne bilim nə nə. Gorunur o saxtakar deleduzlarin,o serefsizlerin arxasinda hansisa vəzifəli,yada orqan iscileri dayanib.Kor gözunuzlə gormursunuz bilerekden qurulmus isdir?Gormediniz qadinin adamlari heresi sicovul kimi desiklerden cixdilar.Yixilmaqa yer tapmirdi?Heylə qadinlar,hele basqa deleduzluq edənlər də Bakida doludur.Bir defe

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol