Menu

Bakıda 21 yaşlı gənc yol qəzasında xəsarət aldı

25.03.2021, 00:48
Bakıda 21 yaşlı gənc yol qəzasında xəsarət aldı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Həsən Əliyev küçəsində motosikletlə avtomobilin toqquşması nəticəsində 2000-ci il təvəllüdlü Məhərrəmli Bayram Elçin oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona bud-çanaq oynağının əziyi diaqnozu qoyulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol