Rusiya terrorizmə qarşı mübarizədə ABŞ-la yaxın əməkdaşlıq edəcəyini inkar edib.
ABŞ dövlət katibi Con Kerri isə 2 gün əvvəl bildirib ki, Vaşinqton və Moskva bu məsələdə yaxından əməkdaşlıq edəcəklər. Bu barədə "Deutsche Welle" xəbər verir.
Moskva İŞİD mücahidləri ilə bağlı kəşfiyyat məlumatlarını paylaşacağını inkar edib. Oktyabrın 16-da Moskva BMT Təhlükəsizlik Şurasının dəstəyi olmadan heç bir koalisiyaya qoşulmayacağını bildirib. Mövcud əməkdaşlıqları inkar etməyən Rusiya bunun beynəlxalq qanunlara zidd olduğunu deyib.
Bəyanatda bildirilir ki, Vaşinqton birtərəfli şəkildə terrorçuluqla mübarizə aparan ikitərəfli komissiyada işini dayandırıb. Rusiya onsuz da Suriya və İraq kimi ölkələrə terrorizmə qarşı mübarizədə "mühüm kömək" göstərir və buna davam edəcək. "Rusiya bu səyləri davam etdirəcək, BMT Təhlükəsizlik Şurasının icazəsi olmadan beynəlxalq qanunlara zidd olaraq yaradılmış heç bir koalisiyaya qoşulmayacaq", - bəyanatda deyilir.
Kerrinin sözləri təkzib olundu
Moskva öz bəyanatı ilə ABŞ dövlət katibi Con Kerrinin oktyabrın 14-də dediklərini təkzib edib. "Mən xarici işlər naziri Lavrova İŞİD və regionda terrorizm əleyhinə mübarizə məqsədilə əməkdaşlığımızı möhkəmləndirməyi təklif etdim. Bu barədə razılığa gəldik. Xarici işlər naziri silah baxımından kömək göstərməyə hazır olduqlarını dedi. Onlar
hal-hazırda da bunu edirlər. İndiyədək xüsusən təlim və hərbi məsləhət baxımından müəyyən yardım olunub. 21-ci əsrdə mücahidlərə yer yoxdur", - rusiyalı həmkarı ilə Parisdə görüşdükdən sonra Kerri belə deyib.
Suriyaya görə fikir ayrılıqları
Suriyadakı vətəndaş müharibəsi və İŞİD-in ortaya çıxmasından sonra Vaşinqton və Moskvanın sözləri düz gəlmir. Ağ Ev hesab edir k, İŞİD əvvəlkindən də təhlükəlidir. ABŞ Suriyada təsdiqlənməmiş hava hücumları aparır, Rusiya isə prezident Bəşər Əl-Əsəd rejiminə kömək edir. Bəşər Əl-Əsəd ötən 3 ildə Suriya vətəndaş müharibəsində insanlıq əleyhinə cinayətdə ittiham olunur.
Qeyd edək ki, 16 oktyabr bəyanatı Ukrayna böhranı başladıqdan bəri ABŞ-Rusiya münasibətlərinin gərginləşdiyini göstərir. Çoxları hesab edir ki, "Soyuq Müharibə"dən sonra bu, hər 2 ölkə arasında ən böyük qarşıdurmadır. /eunews.az


Şərhlər