Menu

Tbilisi meri xəstəxanaya yerləşdirildi

26.03.2021, 21:54
Tbilisi meri xəstəxanaya yerləşdirildi

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin meri Kaxa Kaladzeyə vertebro-bazilyar sindrom və vestibulopatiya diaqnozu qoyulub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində yazıb.

Mer klinikalardan birində müayinə olunduğunu bildirib: “Distant rejimdə işləyirəm və müalicəmi davam etdirirəm. Görüşənədək”.

Qeyd edək ki, son günlər Tbilisi meri ictimaiyyət qarşısında görünmürdü.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol