Menu

Türkiyədə dünyasını dəyişmiş Nihad Əliyevin ailəsi açıqlama yaydı - FOTO

27.03.2021, 18:10
Türkiyədə dünyasını dəyişmiş Nihad Əliyevin ailəsi açıqlama yaydı - FOTO

Türkiyədə dünyasını dəyişmiş Azərbaycan vətəndaşı Nihad Əliyevin ailəsi açıqlama yayıb.

"Unikal.org" xəbər verir ki, mərhumun ailə üzvləri baş verən hadisə ilə bağlı onların kədərini bölüşən hər kəsə təşəkkürünü bildirib: "Bildiyiniz kimi, ailəmizin üzvü Nihad Əliyev vaxtsız dünyasını dəyişib. Bununla bağlı kədərimizi bölüşən hər bir kəsə təşəkkür edirik. Bildirmək istəyirik ki, sosial şəbəkələrdə və bəzi mətbu qurumlarda yayılmış, guya mərhuma aid olduğu iddia olunan videolarda yer alan şəxslərin Nihad Əliyevə heç bir aidiyyatı yoxdur".

"Bəzi düzgün olmayan məlumat və görüntülərin yayılmasında heç bir qərəz olmadığına inanır, bunun sadəcə yanlışlıqla tirajlandığını düşünürük. Bununla belə, kədərimizi nəzərə alaraq sosial şəbəkə istifadəçiləri və mətbuat nümayəndələrini həssas olmağa, bu məsələ ilə bağlı dəqiqləşdirilməmiş məlumatları yaymamağa çağırırıq", - açıqlamada bildirilib.

Mərhumun ailə üzvləri sosial şəbəkə və bəzi mətbu orqanlarda yayılmış yanlış görüntülərin düzəldilməsi üçün Nihad Əliyevin fotosunu mətbuata təqdim edib.

Şərhlər

Millət 2021-03-28 10:41:05

Allah rəhmət eləsin,cavandır. ...

Habil 2021-03-27 20:16:24

Allah rəhmət eləməsin

Anar Əhmədov 2021-03-27 18:54:52

Allah rəhmət eləsin

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol