İran xarici işlər naziri Cavad zərif çinli həmkarı Vanq Yi ilə görüşüb.
APA-nın xəbərinə görə, bu barədə Cavad Zərif "Twitter"də məlumat verib.
Görüşdə qlobal, regional və ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. Görüşün sonunda xarici işlər nazirləri Çin və İran arasında 25 illik strateji, iqtisadi əməkdaşlıq sənədi imzalayıblar.
Çin XİN başçısı Tehrana səfəri çərçivəsində bu gün İran prezidenti Həsən Ruhani ilə də görüşüb.


Şərhlər
Onsuz da 25 ildən sonra İran Çinin bir əyalətinə çevriləcək Honq-Konq kimi!