Menu

Ermənistanda koronavirusa yoluxanların sayı 190 mini ötdü

28.03.2021, 11:32
Ermənistanda koronavirusa yoluxanların sayı 190 mini ötdü

Ermənistanda son sutkada daha 777 nəfər COVID-19-a yoluxub. “Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 190 317-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 14 nəfər artaraq 3 464-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin 881 nəfərdir. İndiyədək 171 506 pasiyent infeksiyadan sağalıb. Hazırda 14 466 nəfər müalicə olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol