Myanmada polis hərbi çevrilişə və seçilmiş hökumət üzvlərinin tutulmasına qarşı keçirilən etiraz aksiyasında həlak olan şəxsin dəfn mərasiminə basqın edib. Bu barədə “Report” “The Guardian” nəşrinə istinadən xəbər verir.
Bildirilib ki, polislər oradakı şəxslərə atəş açıb. Mərasimdə ölən və yaralananın olması barədə heç bir məlumat verilməyib.
Qeyd edək ki, fevralın 1-dən hərbi xuntaya qarşı etiraz aksiyalarının iştirakçıları ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalar nəticəsində öldürülənlərin sayı artaraq 388 nəfərə çatıb.
Xatırladaq ki, bir-neçə il əvvəl bu ölkədə əhali müsəlmanların kütləvi şəkildə qətlə yetirilməsini bayram edirdi...


Şərhlər
Allah bu myanmalıların cəzasını verdi! Bunlar nə qədər müsəlman qırdılar, qaçan qaçdı, ayaq altında qalanları da vəhşicəsinə öldürdülər alçaqlar.
Yeqin bu ölkede müselmanlara qarşı heyata keçirilen qırğınlara göre Allah onları vezalandırır özleri özlerine qenim kesilin,yene Uca Yaradan bilen öeslehetdir biz ise onun qullarıyıq.