Menu

Ermənistanda daha 12 nəfər koronavirusdan ölüb

29.03.2021, 11:25
Ermənistanda daha 12 nəfər koronavirusdan ölüb

Ermənistanda son sutkada daha 424 nəfərdə COVID-19 aşkarlanıb. “Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 190 741-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 12 nəfər artaraq 3 476-ya yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 882 nəfərdir. İndiyədək 172 096 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 14 287 aktiv koronavirus xəstəsi var.

Şərhlər

Həsən 2021-03-29 11:34:21

Ermənistanda virusundan necə nəfər öldü, necə nəfər yolxdu bu xəbərin azərbaycana nə daxili.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol