Menu

"Covid-19 süni yolla yaradılıb" - Amerikalı virusoloq

30.03.2021, 00:09
"Covid-19 süni yolla yaradılıb" - Amerikalı virusoloq

Yeni tip koronavirusun yayılma xüsusiyyətləri göstərir ki, o, böyük ehtimalla, laboratoriya şəraitində yaradılıb. 

Bu fikri Amerika Birləşmiş Ştatları (ABŞ) Xəstəliklərin profilaktikası və onlara nəzarət Mərkəzinin (XPNM) keçmiş rəhbəri Robert Redfild «CNN» telekanalına müsahibəsində səsləndirib.

«Mən, hələ də hesab edirəm ki, Uhandan çıxmış bu patogen üçün ən doğru nəzəriyyə ondan ibarətdir ki, o, laboratoriyadan çıxıb. Bu, mənim fikrimdir, amma mən virusoloqam və bütün həyatımı virusologiyaya həsr etmişəm. Mən, inanmıram ki, o, hansısa formada yarasadan insana ötürülüb və elə həmin andaca bizim tanıdığımız ən yoluxucu xəstəliklərdən birinə çevrilib» - virusoloq bildirib.

Redfild əlavə edib ki, adi şəraitdə virusların insandan insana keçmək planında ən effektiv üsulun təyini üçün xeyli vaxt lazım gəlir. Alim belə nəticəyə gəlib ki, bu virus üçün bütün bu detallar «bioloji mahiyyət kəsb etmir». Bu zaman telekanalın titrində qeyd olunur ki, prezident Donald Trampın dövründə Mərkəzin başçısı olmuş Redfild öz nəzəriyyəsinin sübutu üçün heç bir dəlil göstərməyib. Bundan əlavə, Redfild hesab edir ki, yeni tip koronavirusun yayılması Uhanda payızın başlanmasına yaxın dövrə təsadüf edir.

«Mən, ehtimal edirəm ki, virusun ötürülməsi haradasa sentyabrda, oktyabrda Uhanda başlanıb. Bu, mənim şəxsi hissimdir və yalnız mövqedir» - virusoloq bidirib.

AzPolitika.info

Şərhlər

t.ədalət 2021-03-31 00:26:53

Kovid-19 Rusiya və Çinin birgə layihəsidir.Yaxın Şərqdə Türkiyəni sıxışdırmaq üçün yaradılıb.Güman ertmək olar ki,laboratoriya İran ərazisindədir.Onun yayılması hava yolu ilə-yəni radiasiya ilə baş verir.Ən çox it və pişiklər yoluxur.Çünki bu heyvanlar antisanitariya vəziyyətinə uyğun yaranıb.Yaxşı olar ki,maskaya hər gün bir damcı lavanda yağı damızdırılsın.Bu yağın ətri burundan yoluxmanı nisbətən əngəlləyir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol