Menu

Mərakeş Fransa və İspaniya ilə uçuşlarını dayandırdı

29.03.2021, 23:22
Mərakeş Fransa və İspaniya ilə uçuşlarını dayandırdı

Mərakeş hakimiyyəti koronavirus pandemiyasının yayılması ilə mübarizə çərçivəsində Fransa və İspaniya ilə uçuşların müvəqqəti dayandırılmasına qərar verib.

Trend-in məlumatına görə, bu barədə "Le360" informasiya portalı hakimiyyəti strukturlarında mənbələrə istinadən bildirib.

Mərakeşdən Fransa və İspaniyaya və əks istiqamətdə sərnişin təyyarələrinin uçuşları martın 30-dan gələcək məlumat verilənə qədər dayandırılacaq.

Portalın bundan əvvvəl bildirib ki, krallığın hakimiyyəti yeni koronavirus növlərinin yaranması və yayılmasına görə narahatdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol