Menu

Paytaxtda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur

30.03.2021, 09:07
Paytaxtda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur

Hazırda Bakının Qara Qarayev prospektinin metronun “Koroğlu” stansiyası istiqamətində, "20 Yanvar dairəsi"nin Ziya Bünyadov prospekti istiqamətində, Moskva prospektinin şəhər istiqamətində, Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti istiqamətində, Babək prospektinin mərkəz istiqamətində, Sabunçu-şəhər yolunun mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

"Sıxlıq səbəbindən hazırda bütün istiqamətlərdə marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər var", - deyə məlumatda qeyd edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol