Menu

“Türk Şurasının gələcək inkişafı ilə bağlı sənəd qəbul etməliyik” - Nazarbayev

31.03.2021, 17:13
“Türk Şurasının gələcək inkişafı ilə bağlı sənəd qəbul etməliyik” - Nazarbayev

“Türk Şurasının gələcək inkişafı ilə bağlı sənəd qəbul etməliyik. Bakıda keçirilən zirvədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının statusunu təşkilat səviyyəsinə qaldırmağı təklif etmişdim”.

“Report” xəbər verir ki, Qazaxıstanın birinci prezidenti - Elbası Nursultan Nazarbayev Türk Şurasının qeyri-rəsmi Zirvə toplantısında deyib.

Onun fikrincə, humanitar və mədəni inkişafla yanaşı dövlətlər bir-birindən bir çox şey öyrənə bilərlər: “Latın əlifbasının istifadəsi bizə gənclərimizin qlobal səviyyədə inkişafına töhfə verə biləcəyimiz ümumi sistem qazandırır. Bir-birimizlə əlaqəli şəkildə inkişaf etməliyik”.

N.Nazarbayev vurğulayıb ki, Türk Şurasına üzv dövlətlər qarşılıqlı ticarəti inkişaf etdirməli və investisiyaların cəlb edilməsi üzərində çalışmalıdırlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol