Menu

Azərbaycanda niyə qadın nazir yoxdur" - Gender bərabərliyi üzrə beynəlxalq hesabat açıqlandı

31.03.2021, 17:33
Azərbaycanda niyə qadın nazir yoxdur" - Gender bərabərliyi üzrə beynəlxalq hesabat açıqlandı

"Qadınlarındaha bir nəsli gender bərabərliyini görməyəcək".

"AzPolitika.info" "Azadlıq radiosuna istinadən xəbər verir ki, Dünya İqtisadi Forumunun martın 31-də açıqladığı “Qlobal Gender Bərabərsizliyi 2021” hesabatında belə deyilir. Hesabatda bildirilir ki, COVID-19 pandemiyasının təsirindən dolayı qlobal gender bərabərsizliyini aradan qaldırmaq müddəti 99.55 ildən 135.6 ilə qalxıb.

Qlobal Gender Bərabərsizliyi İndeksi dörd göstərici əsasında dəyərləndirilir: iqtisadi iştiraklılıq və fürsət; təhsil səviyyəsi; sağlamlıq; siyasi səlahiyyət.

Artıq 12-ci dəfədir İslandiya dünyada gender bərabərliyinə görə birinci yeri tutur. Ondan sonra Finlandiya, Norveç, Yeni Zelandiya, İsveç, Namibiya, Ruanda, Litva, İrlandiya və İsveçrə gəlir.

İndeks 156 ölkəni əhatələyir. Bu ildən indeksə salınan Əfqanıstan sonuncu – 156-cı yerdə qərarlaşıb.

Azərbaycan sıralamada 100-cü yerdədir. Ermənistan 114, Gürcüstan 49, Rusiya 81, İran 150-cidir. Hesabatda deyilir ki, Azərbaycan daxil olmaqla doqquz ölkədə bircə nəfər belə qadın nazir yoxdur. Digər ölkələr Ermənistan, Bruney Darüssəlam, Papua Yeni Qvineya, Səudiyyə Ərəbistanı, Tailand, Vyetnam və Yəməndir.

Hesabatın əhatələdiyi ölkələrin hamısında sağlamlıq üzrə gender bərabərsizliyini azı 93 faiz qapandığı, 56 ölkənin bu sahədə tam bərabərliyə nail olduğu vurğulanır.

Amma Çin, Hindistan, Pakistan və Azərbaycan kimi ölkələrin göstəricisi 94 faizdən azdır. Əsas səbəb doğum zamanı cinslər nisbətinin pozulması ilə əlaqələndirilir. Məsələn, Çində yeni doğulan hər kişiyə 0.88, Azərbaycanda və Vyetnamda 89, Ermənistanda 90, Hindistanda 91 faiz qadın düşür. Səbəb oğlan uşağına üstünlük verilməsi, selektiv abortlardır. Təbii və bioloji daimi nisbət isə 94 faiz civarında olmalıdır.

"AzPolitika.info"

Şərhlər

Mühafizəkar Kor 2021-04-01 04:46:24

Erkəkləri ekstrovaqant qadınlar cəzb etsə də, ümümən qadınların əksəriyyəti doğru olur! Mafiya şəbəkələri, korrupsiya və diktat olmayan ölkələrdə erkəklər məsul vəzifədən qaçırlar? Harada "sol" gedişlərə münbit şərait var, orada erkəkllər vəzifə uğrunda ən çirkin və qanlı vəzifə savaşlarına qalxırlar?

t.ədalət 2021-03-31 23:50:21

Azərbaycanda qadın naziur yoxdur,amma daha böyük vəzifədə olan var.Yəni,birinci vitse-prezident qadındır.

elman 2021-03-31 22:33:59

Nazir elə-belə təyin olunmur ki.Müəyyən "kriteriyalara"cavab verənlər ixtsası,təcrübəsindən asılı olmayaraq Azərbaycanda nazir təyin edilir.,

Rasim 2021-03-31 18:32:04

Lakin Respublikada məktəb direktorlarının böyük əksəriyyəti qadınlardır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol