Menu

Çin nəhəng GES tikir

01.04.2021, 00:09
Çin nəhəng GES tikir

Çinin şimal-qərbindəki Sinxay əyalətinin Delinxa şəhərində 135 meqavat gücündə günəş elektrik enerjisi istehsal edəcək stansiyanın tikintisinə başlanıb.

Yeni günəş istilik-elektrik stansiyası (GES) Çində qurulmuş ən böyük güc və ən böyük enerji toplayıcısı obyekti olacaq. O, Çin Xalq Respublikası (ÇXR) ərazisində 27 yeni enerji layihəsi siyahısına daxildir.

«Tikinti başa çatandan sonra elektrik stansiyası il ərzində 435 milyon kilovat-saata yaxın təmiz elektrik enerjisi istehsal edəcək və karbon tullantısını təqribən 365 min ton azaldacaq» - Çin günəş enerjisindən istifadə üzrə Milli Alyansının bəyantında deyilir.

Stansiya 9,52 kvadrat kilometr sahəni əhatə edir, günəş panelinin sahəsi isə 1,45 milyon kvadrat metrdir. Layihənin ümumi həcmi 475 milyon dollar təşkil edir. Obyektin şəbəkəyə qoşulması 30 sentyabr 2022-ci il tarixinə planlaşdırılır.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol