Rusiya Ukrayna sərhədinə və Krıma qoşun yığır - ABŞ dövlət katibi Kiyevə təcili zəng edib

Birləşmiş Ştatlar Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzündən narahatlıq ifadə edib. Bundan əvvəl Rusiya qoşunlarının Ukryana sərhədi boyunca və Krımda cəmləşdirilməsinə dair xəbərlər yayılmışdı. Martın 31-də ABŞ dövlət katibi Entoni Blinken ukraynalı həmkarı Dmitri Kuleba ilə telefonla danışıb.

Martın 31-də ABŞ dövlət katibi Entoni Blinken ukraynalı həmkarı Dmitri Kuleba ilə telefonla danışıb. ABŞ Birləşmiş Qərargahlar Komitəsinin sədri general Mark Mili isə Rusiya və Ukraynanın silahlı qüvvələrinin Baş qərargah rəisləri Valeri Gerasimova və Ruslan Xomçaka zəng edib.

Dövlət Departamenti bildirir ki, Blinken “Rusiyanın davam etməkdə olan təcavüzü ilə üzləşmiş” Ukraynaya ABŞ-ın tam dəstəyini bir daha ifadə edib və şərqi Ukraynada yaranmış təhlükəsizlik vəziyyəti ilə bağlı narahatlıq bidlirib. ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kerbi deyib ki, Pentaqon Ukrayna hərbiyyəsinin Rusiya qoşunlarının sərhəd boyunca hərəkətləri barədə məlumatından xəbərdardır.

Con Kirbi

"Rusiyanın destablizasiyaya yönəlmiş hərəkətləri ATƏT-in vasitəşiliyi ilə ötən ilin yayında əldə olunmuş sazişə uyğun olaraq de-eskalasiya niyyətlərini sarsıdır. Biz gərginliyin artması, atəşkəsin pozulması və NATO müttəfiqləri ilə regional gərginliklə bağlı narahtlığımızı müzakirə edirik,-o bildirib.


Ukrayna silahlı qüvvələrinin Baş komandanı, general Ruslan Xomçak bəyan edib ki, martın 30-na olan məlumata görə, ölkə sərhədləri boyu Rusiyanın 28 batalyon-taktiki qruplaması cəmləşdirilib və döyüşə tam hazır vəziyyətdə gözləyir. “Daha 25 batalyon-taktiki qruplaşmasının gətirilməsi gözlənilir”,-general bildirib.

General Ruslan Xomçak

ATƏT-in Ukraynadakı mülki Xüsusi Monitorinq Missiyası son günlərdə atəşkəsin yüzlərlə dəfə pozulmasını qeydə alıb. Tərəflər ağır silahlardan və arrtilleriyadan istifadə edirlər.

Ukrayna Silahlı Qüvvələrinin Baş qərargah rəisi Ruslan Xomçak martın 30-da Ukrayna parlamentində çıxışı zamanı onu da bildirib ki, ordu Donbassa irimiqyaslı hücum əməliyyatı üçün hazırdır. Onun sözlərinə görə, 100 minlik hərbi qruplaşma döyüş hazırlıqlarını tamamlayıb.

“Ukrayna Silahlı Qüvvələri bu gün müxtəlif variantlara hazırdır və əlbətdə, biz hücum etməyə hazırlaşırıq. Biz təlim bazaları yaradırıq, bizə bu işdə tərəfdaşlarımız kömək edir. Çünki başqa cür mümkün deyil. Əgər siz soruşsanız ki, bu gün biz hazırıqmı? Bəli, hazırıq. Nəticələri, qüvvələri, ehtiyat qüvvələri, dövlətin imkanlarını hesablamaq lazımdır. Riskləri qiymətləndirmək lazımdır. Əgər biz bu gün əlimizdə olanlarla vuruşsaq əlbətdə ki, hədəfə çatmaq üçün çox böyük şanslarımız var”,-Ruslan Xomçak deyib.

Analitiklər Donbassda irimiqyaslı hərbi əməliyyatların yaxın həftələrdə başlaya biləcəyinə dair əlamətlərin olduğunu deyirlər. Ukrayna ordusu Azərbaycan ordusunun Qarabağdakı təcrübəsini öyrənib və Türkiyədən çoxsaylı 2Bayraktar TB2” zərbə pilotsuz təyyarələri alıb. O cümlədən ABŞ Ukrayna ordusuna dəstək verir.

635x100

Şərhlər

Veteran 2021-04-01 22:33:33

300 ildir GORBAGOR Pyoturdan bəri Rusiya və başında duran ... növbəsi çatıb.

Xalx 2021-04-01 15:43:27

Təbii mən Ukraynanın tərəfindəyəm və rusları darmadağın etmələrini, öz torpaqlarını azad etmələrini arzulayıram. Amma fakt faktlığında qalır- ikili standart...

Xalx 2021-04-01 15:41:23

Türkiyə Azərbaycana dəstək verəndə amerika və qurbağayeyənlər özlərini cırırdılar... İndi amerika açıq-aydın Ukraynanı dəstəkləyir...

Son yazılar