Menu

"Hazırda Azərbaycanda 550 mindən çox insan peyvənd olunub" - Nazir mavini

01.04.2021, 13:51
"Hazırda Azərbaycanda 550 mindən çox insan peyvənd olunub" - Nazir mavini

“Azərbaycan Çinlə səmərəli əməkdaşlıq edir və bu gün bunun bariz nümunəsini görürük. Virusla mübarizədə ən effektiv üsul peyvəndləmədir”.

“Report” xəbər verir ki, bu fikirləri səhiyyə nazirinin müavini Viktor Qasımov Çindən Azərbaycana növbəti vaksin partiyasının gətirilməsi zaman deyib.

Onun sözlərinə görə, hazırda 550 mindən çox insan peyvənd olunub: “Vaksinasiyasını sürətləndirmək üçün 5 milyon dozalıq peyvəndin mərhələli gətirilməsi prosesi davam edir. Bu gün 500 min doza gətirildi. Nə qədər sürətli peyvəndləmə davam etsə, ölkədə epidemioloji vəziyyət stabilləşə bilər”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol