Türkiyədə son sutka ərzində 176 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib. Virtualaz.org bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda həm də 40 min 806 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 3 milyon 357 min 988, pandemiya qurbanlarının sayı isə 31 min 713 nəfərə çatıb.
Türkiyədə indiyədək 3 milyon 35 min 43 pasiyent sağalaraq evə buraxılıb.
Hazırda 2135 xəstənin vəziyyətinin ağır olduğu bildirilir.


Şərhlər