Menu

"Atəşkəsə razılıq verməsəydik, vəziyyət daha acınacaqlı olacaqdı" - Ermənistanın Baş Qərargah rəisi

02.04.2021, 10:37
"Atəşkəsə razılıq verməsəydik, vəziyyət daha acınacaqlı olacaqdı" - Ermənistanın Baş Qərargah rəisi

“Aprel döyüşlərindən 44 günlük müharibədə nəticə çıxarmasaydıq fərqli yekun olardı”.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general-leytenant Artak Davtyan deyib.

Onun sözlərinə görə, Ermənistan atəşkəsə razılıq verməsəydi vəziyyət daha acınacaqlı ola bilərdi: “Əlbəttə, ilk növbədə Qarabağı bütövlükdə itirərdik. İkincisi, biz bu döyüşləri 15-20 gündən sonra dayandırmalı idik”.

Artak Davtyan deyib ki, apreldəki 4 günlük hərbi əməliyyatlar müharibə adlana bilməz.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol