Menu

“Müdafiə Nazirliyinin Hospitalının işi ürəkaçan deyil” - Deputat

02.04.2021, 11:45
“Müdafiə Nazirliyinin Hospitalının işi ürəkaçan deyil” - Deputat

“Tez-tez mətbuatda qazilərimizin ciddi və düzgün şikayətlərini eşidirik. Bizim Müdafiə Nazirliyinin Hospitalının işi ürəkaçan deyil. Qazilər rayondan bura gəlirlər, onlara bir resept yazırlar ki, get özün al”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Aqil Abbas parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, bəzi qazilər ordudan hələ təxris edilməyib:

“Guya ki, onların təzədən gözü bitəcək. Daxili İşlər Nazirliyinin Hospitalı var. Onların əməkdaşları oradakı xidmətdən yüksək səviyyədə yararlanır. Niyə Müdafiə Nazirliyinin Hospitalı qazilərin müalicəsi ilə məşğul olmur? Niyə onlara pulsuz dərmanlar vermir? YAŞAT Fondu sağ olsun, bizim qazilərimizi xaricə müalicəyə göndərir. Xahiş edirəm, müdafiə naziri, hospitala bir özün də get, özünü müalicə elətdir”

Şərhlər

t.ədalət 2021-04-02 14:31:53

Müdafiə nazirliyi hələ də Moskvanın göstərişi ilə işləyir.Məs.döyüşdə yaralanan,buna görə xidmət müddəti az olan baş zabitlərə belə tibbi xidmət göstərilmir.Amma Azərbaycan ordusunda bir gün belə xidmət etməyən rus ordusunda xidmət edib gələnlərin hətta ailə üzvləri də hospitaldan pulsuz müalicə üeçün istifadə edirlər.Vaxtı ilə orduya maraq hissini azaltmaq üçün Rusiyanın göstərişi ilə Səfər Əbiyev belə bir əmr imzalayıb.Həmin əmir bu gün də qüvvədədir.

Vətəndaş 2021-04-02 13:42:50

Təkcə qazilər yox, müharibədə olmuş hərbçilərin müayinələri, müalicələri diqqətdə olmalıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol