Menu

Ağsuda yas mərasimində iştirak edənlər cərimələndi

03.04.2021, 10:59
Ağsuda yas mərasimində iştirak edənlər cərimələndi

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar keçirdikləri reydlər zamanı Növcü kəndi ərazisindəki fərdi yaşayış evində yas mərasiminin keçirildiyini aşkar ediblər.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, həmin ünvana baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu müəyyən edilib.

Ev sahibi və orada olan şəxslərlə izahedici söhbətlər aparılıb, qaydalara riayət etməyin vacibliyi bildirilib.

Polislər tərəfindən mərasimdə iştirak edən 7 nəfər barəsində qanunamüvafiq tədbir görülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol