Myanmada fevralın 1-dən hərbi xuntaya qarşı etiraz aksiyalarının iştirakçıları ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalar nəticəsində öldürülənlərin sayı 557 nəfərə çatıb. “Report” xəbər verir ki, bu barədə Myanmanın Siyasi Məhbuslarına Yardım Assosiasiyasının hesabatında deyilir.
Assosiasiyanın məlumatına görə, gün ərzində 110 nəfər azad edilsə də, 2 658 etirazçı hələ də həbsxanadadır. Bundan başqa 38 şəxs barəsində həbs qətimkan tədbiri seçilib, 235 nümayişçinin saxlanılması ilə bağlı qərar qəbul edilib.
“Save the Children” beynəlxalq xeyriyyə fondu bildirib ki, həlak olanların 43-ü azyaşlıdır.


Şərhlər
Kiminse ölümüne sevinmek insanlğa nifret demekdir.Ve yaxud bir canlını mehv etmek onu yaradana tehqir kimi qebul olunmalıdır.Ancaq Myanmada naş veren hadiseler günahsız yere qetle yetirilen müselmanların ahu naledine Allahın cavabıdır öence.Yene Allah bilen meslehetdir.Her kes öz emeline göre cavab alır.