Menu

İran generalı Suriyada öldürüldü

17.10.2014, 15:30
İran generalı Suriyada öldürüldü

İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) komandirlərindən olan general Cabbar Dərisavi Suriyada Bəşər Əsəd rejiminə müxalif qüvvələrlə qarşıdurmada həlak olub.

“Media forum” saytının məlumatına görə, oktyabrın 9-da Suriya paytaxtı Dəməşq şəhəri yaxınlığında həlak olan generalın meyiti bir neçə gün sonra İrana gətirilib və Əhvaz şəhərində dəfn edilib.

“Sepah” komandirini Bəşər Əsəd rejiminə qarşı vuruşan konkret hansı qrupun öldürdüyü haqda məlumat yayılmayıb.

İran hökuməti Suriya hökumətinə mənəvi dəstək verdiyini bildirsə də, “Sepah” qüvvələrinin bu ölkədə Suriya hökumətinin müxaliflərinə qarşı döyüşlərdə fəal iştirakı haqda sosial şəbəkələrdə dəfələrlə video-material yayılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol