Cinayət işi və bəzi inzibati cərimələrdən büdcəyə daxil olan vəsaitlərin bir hissəsi prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi texniki bazasının möhkəmləndirmək məqsədi prokurorluğun xəzinə hesabına köçürüləcək.
“Report” xəbər verir ki, bununla bağlı “Prokurorluq haqqında” qanuna dəyişiklik edilir.
Layihəyə əsasən, həmin ödənişlər aşağıdakılardır:
- Prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə köçürülmüş vəsaitin 5 faizi
- Prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri üzrə Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə köçürülmüş vəsaitin 5 faizi
- İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada prokuror tərəfindən baxılması üçün məhkəməyə göndərilmiş inzibati xətalara dair işlər üzrə tətbiq edilən cərimələrdən daxil olan vəsaitin 23 faizi
Qeyd edək ki, “Prokurorluq haqqında” Qanunun 39-cu maddəsinə əsasən, Prokurorluqda istinad olunan cinayət işləri üzrə ibtidai istintaq zamanı dövlətə vurulmuş ziyanın ödətdirilməsi təmin olunduqda məhkəmənin hökmündən sonra ödənilən məbləğin qanunvericiliklə müəyyən edilmiş miqdarı prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsinə və işçilərin maddi həvəsləndirilməsinə yönəldilə bilər.


Şərhlər
Cərmələrdən qanuni-qanunsuz yığılan pullar əhalinin qan puludur.Onları büdcəyə köçürmək lazım olduöu halda müxtəlif rüşvətxor,yüksk maaşlı orqanlara hədiyyə etmək əsassızdır və haramdır.Onsuz da bu orqanların işçiləri rüçvət və qanun pozmaqla kifayət qıdər varlıdırlar və dolanışıqlarnda çox rahatdırlar (inanmayan onların mal varlıqlarına diqqət etsin)..Ona görə cərimələrin haqsız olaraq yüksək olmasına və ölkənin,əhalinin tələb etdiyi sahələdə istifadısi üçün dövlət büdcısinə mədaxil edilməlidir.Mıgər Qaralov çətinlikdə yaşayıb?j