Menu

ATU-da 21, BDU-da 11 nöqsan aşkarlandı

05.04.2021, 14:03
ATU-da 21, BDU-da 11 nöqsan aşkarlandı

Hesablama Palatası ötən il üzrə ali təhsil müəssisələrində aparılan kənar dövlət maliyyə nəzarəti barədə yekun nəticəni açıqlayıb.

“Report”un xəbərinə görə, “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabat sənədinə əsasən, ali məktəblər arasında ən çox nöqsan Azərbaycan Tibb Universitetində ( 21 nöqsan) qeydə alınıb.

Sənəddə bildirilib ki, sonrakı yerdə Bakı Dövlət Universiteti (11 nöqsan) və Azərbaycan Dövlət İqtisad Universiteti (8 nöqsan) qərarlaşıb.

Qeyd edək ki, hesabat aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol