Menu

Qaxda 49 yaşlı kişi intihar edib

05.04.2021, 21:03
Qaxda 49 yaşlı kişi intihar edib

Qax rayonunda intihar hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Marsan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1972-ci il təvəllüdlü Məhəmməd Kazımov özünü yaşadığı evin həyətindəki toyuq hinində asaraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol