Goranboy Rayon Polis Şöbəsinə Abbasqulular kəndi ərazisindəki fərdi yaşayış evlərinin birində toy mərasimi keçirilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Gəncə regional qrupundan virtualaz.org-a bildiriblər ki, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb. Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejimi qaydaları izah olunub.
Saxlanılan beş nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib və onlar cərimələnib.


Şərhlər