Səudiyyə Ərəbistanı Vaşinqtonla Tehran arasında yeni saziş bağlaarkən İranın raket proqramının və onun Yaxın Şərqdəki «davranışının» nəzərə alınacağı barədə zəmanət əldə edib.
Belə bəyanatla «Fransa 24» telekanalına müsahibəsində ərəb monarxiyasının xarici işlər naziri Feysəl bin Fərhan əl-Səud çıxış edib. Xəbəri aprelin 5-də İranın «Mehr» xəbər agentliyi yayıb.
Qeyd edək ki, bu həftə Amerika Birləşmiş Ştatları (ABŞ) və İran arasında Tehranın nüvə proqramı üzrə Vyanada danışıqların keçirilməsi gözlənilir. Danışıqlar ərəfəsində Səudiyyə monraxiyasının baş diplomatı Fransa telekanalı ilə söhbətində bildirib ki, Ər-Riyada İslam respublikası ilə «daha tələbkar saziş» bağlanacağına dair zəmanət verilib. Sazişə İranın ballistik raketləri və bu ölkə tərəfindən bölədə silahlı qruplaşmaların dəstəklənməsi barədə bəndlər də daxil ediləcək.
«Biz, əminik ki, beynəlxalq birlik bütün səyləri göstərəcək və son nəticədə 2015-ci ildəki nüvə sazişində buraxılmış çatışmazlıqları və həm də İranın fəaliyyəti ilə yaranan böləsəl qeyi-sabitliyi aradan qaldırmaq mümkün olacaq» - deyə, krallığın XİN naziri bəyan edib.
Feysəl bin Fərhan əl-Səud həm də qeyd edib ki, Ər-Riyadla Tehran arasında birbaşa təmaslar yoxdur, amma İran öz davranışını dəyişərsə, krallıq danışıqlara hazırdır.
"AzPolitika.info"


Şərhlər