Menu

Güclü külək Yeni Suraxanı qəsəbəsində təbii qaz təsərrüfatına ziyan vurub

06.04.2021, 10:01
Güclü külək Yeni Suraxanı qəsəbəsində təbii qaz təsərrüfatına ziyan vurub

Güclü külək Yeni Suraxanı qəsəbəsində təbii qaz təsərrüfatına ziyan vurub.

“Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, aprelin 6-sı səhər saatlarında Bakı və ətraf yaşayış massivlərində əsən güclü külək qaz təsərrüfatına da ziyansız ötüşməyib. Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, dəmir yolunun yanında güclü küləyin təsirindən diametri 57 millimetr olan qaz xəttinin təqribən 100 metrlik hissəsi dayaqlardan yerə düşüb. Birliyin əməkdaşları hadisə yerindədir, operativ tədbirlər görülür. Güclü küləklə bağlı mobil qruplar bütün ərazilərdə iş başındadır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol