“Rusiya Pakistanla birgə hərbi təlimləri davam etdirəcək” - Lavrov

Rusiya Pakistana hərbi kömək göstərməyi davam etdirmək niyyətindədir - onunla dostluq və konstruktiv münasibətlər formalaşıb. Xüsusilə söhbət iki ölkə arasında birgə hərbi təlimlərin keçirilməsindən gedir - quru qoşunlarının iştirakı ilə «Drujba» və hərbi-dəniz «Ərəbistan mussonu» təlimləri.

Bu barədə aprelin 7-də Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Pakistanın «The News International» qəzetinə danışıb.

«Moskva bundan sonra da ölkənin güc stukturlarında antiterror potensialının möhkəmləndirilməsində birbaşa birgə təlimlərin -«Drujba» və «Ərəbistan mussonu» - təlimlərinin keçirilməsi yolu ilə Pakistan İslam Respublikasına dəstək verəcək» - nazir qeyd edib.

O, bildirib ki, Moskva və İslamabad üçün pratiki kooperasiya sferasında qürur duyulası məqamlar var.

«Ötən il ikitərəfli əmtəə dövriyyəsi üçün rekord ili olub - bu göstərici il ərzində 46 faiz artaraq, 700 milyon dollar təşkil edib» - Lavrov bildirib.

Onun sözlərinə örə, Rusiya energetikanın flaqman layihəsi sayılan «Şimal-Cənub» qaz kəmərinin tikintisi üçün lazımi səyləri göstərir.

«Gözləyirik ki, ən yaxın vaxtda qalan bütün texniki məsələlər razılaşdırılacaq. Rusiya şirkətləri enerji sektorunun və Paksitan İR dəmir yol sisteminin modernləşdirilməsində iştirak etməyə hazırdırlar» - rusiyalı nazir əlavə edib.

Xatırladırıq ki, Rusiya Federasiyasının Xarici İşlər naziri Serey Lavrov aprelin 6-7 tarixlərində Pakistada rəsmi səfərdə olub.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar