Ağdaban soyqırımından 29 il ötür

Bu gün Ağdaban soyqırımının ildönümüdür. "Report" xatırladır ki, soyqırımın baş verməsindən 29 il ötür. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə ermənilər tərəfindən Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılıb və yer üzündən silinib. Kəndin 779 nəfər dinc sakininə işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb.

Ermənilərin Azərbaycanın mədəni irsinə qarşı törətdikləri vandalizm siyasətinin davamının daha bir təzahürü kimi şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edilib.

Bu faciəyə ilk hüquqi-siyasi qiymət verən ulu öndər Heydər Əliyev Ağdabanda baş verənləri bəşəriyyətə qarşı törədilən ən böyük cinayət adlandırıb, bunu bütün insanlıq adına utanc kimi səciyyələndirib.

635x100

Şərhlər

t.ədalət 2021-04-08 00:51:27

Ağdaban qətliamı bizim mağmunluğumuzdan oldu.Mühafizə polisinin Ağdam otelində yerləşən qüvvələri kənd sakinlərinə lazımi köməkliyi göstərə bilmədi.Xocalı soyqırımından nəticə çıxarıb özümüzü düşmən hücumuna hazırlaya bilmədik.Hər şey Rusiyanın Qarabağda yerləşdirdiyi hərbiçilərin planı ilə getdi.

Son yazılar