Ali Məhkəmənin sədri Türkiyənin Azərbaycandaki səfiri ilə görüşüb – FOTO

Aprelin 8-də Türkiyə Respublikasının ölkəmizdə diplomatik fəaliyyəti başa çatan səfiri Erkan Özoral Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşüb.

Ali Məhkəmədən verilən məlumata görə, Ramiz Rzayev səfirə diplomatik fəaliyyəti dövründə Azərbaycanla Türkiyə arasında bütün sahələrdə olduğu kimi, məhkəmə hüquq sahəsində də dost və işgüzar əlaqələrin daha da dərinləşməsində oynadığı mühüm rola görə təşəkkür edib. Ali Məhkəmənin sədri zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə qardaş Türkiyə xalqına, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib, bunun Ulu Öndər Heydər Əliyevin “Azərbaycan - Türkiyə bir millət, iki dövlətdir” ifadəsinin real həyatda təcəssümü olduğunu vurğulayıb.

Səfir iki dost və qardaş ölkə arasında əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyini bildirərək, diplomatik fəaliyyəti müddətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Azərbaycan dövləti və xalqı tərəfindən ona göstərilən diqqət və dəstəyə görə təşəkkürünü bildirib, doğma Azərbaycandan xoş təəssüratla ayrıldığını qeyd edib.

Görüşdə Azərbaycanla Türkiyə arasında əməkdaşlığın bütün sahələrdə qardaşlıq və strateji müttəfiqlik prinsipləri əsasında yüksələn xəttlə inkişaf etdiyi, ikitərəfli münasibətlərin regionda sülhün və inkişafın təmin olunmasına töhfə verdiyi qeyd olunub.

Sonda Ali Məhkəmənin sədri Səfir Erkan Özorala gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar