“Rusiya münaqişənin həllinə deyil, onu saxlamağa çalışacaq” - ABŞ Bakıya və İrəvana dəstək təklif edir

"Rusiya Dağlıq Qarabağ münaqişəsini həll etməyə deyil, onu saxlamağa can atacaq”.

"AzPolitika.info" "Azadlıq" radiosuna istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibinin köməkçisinin müavini Corc Kent “Türk İrsi” təşkilatının keçirdiyi vebinarda bildirib. “Rusiya sülhməramlıları Dağlıq Qarabağda uzunmüddətli perspektivdə qalacağı halda Azərbaycan hakimiyyətinin bundan narazılığının artacağını gözləyirəm”, – o vurğulayıb.

O, Bakı və İrəvan bu məsələdə maraqlı olarsa, ABŞ-ın Azərbaycan və Ermənistana münaqişənin həllində kömək etməyə hazır olduğunu söyləyib: "Ermənistan və Azərbaycan sülh yolu ilə nizamlamaya və Minsk qrupu həmsədrləri prosesinin səlahiyyətlərindən istifadə etməyə nə dərəcədə sadiqdirsə, ABŞ iki ölkəyə irəliləyiş yolunu tapmağa kömək etməyə o qədər hazır olar".

“Rusiyanın məqsədi daha bir açıq məsələ olaraq qalır”, – deyən Kent əlavə edib ki, Rusiya atəşkəsi Minsk qrupu həmsədrləri mexanizmi vasitəsilə razılaşdırmağı seçmədi, üçtərəfli formatda birbaşa vasitəçilik etdi.

Diplomatın fikrincə, indi əsas təhlükəsizlik məsələsi Dağlıq Qarabağ münaqişəsinə elə yanaşmaqdan ibarətdir ki, hər iki ölkəyə yekun statusu razılaşdırmaq imkanı yaransın.

“Azərbaycan müharibənin qalibidir, amma bu, böhranın tam həllinə aparmayacaq, Ermənistan ötən əsrin sonunda birinci müharibəni udanda da belə idi”, – Kent deyib.

Kent Gürcüstan Xarici İşlər nazirinin müavinlərindən birinə istinadla deyir ki, Qarabağdakı durum Gürcüstanın 1998-ci ildəki vəziyyətinə bənzəyir. “Sonra Azərbaycan bizim 2008-ci ildəki vəziyyətimizə düşəcək. Ondan sonra isə Gürcüstanın indiki vəziyyətində olacaq”, – adı çəkilməyən nazir müavini ötən ilin noyabrında deyibmiş.

Xatırladaq ki, 2008-ci ildə Rusiya Gürcüstanla bir neçə günlük müharibə nəticəsində separatçı Abxaziya və Cənubi Osetiya regionlarının müstəqilliyini tanıdı. “Bu, çox bədbin yanaşmadır, amma ola bilsin, Rusiyanın Qarabağ münaqişəsi ilə öz mənafeyi naminə necə manipulyasiya etməsinə verilən real qiymətdir”, – o vurğulayıb.

"AzPolitika.info"

635x100

Şərhlər

t.ədalət 2021-04-09 01:42:08

Rusiya hələ də köhnə işğal xəritəsinin xiffəti ilə yaşayır.Elə buna görə də məhv olacaq.

Xalq 2021-04-09 00:47:57

bu hay sabununun fikri Qarabağı erməniyə verməkdir. Hadi ordan!

Eli 2021-04-09 00:24:59

30 il Minsk qrupunun hemsedri olan ABŞ bu müddetde beynelxalq hüququn,sulhün dayağı olmağı niye bacarmadı ancaq indı ağıl verir .Bes 907 nömreli qetname qebul olunanda 1 milliion qaçqının bu müddetde haqqını tanımaq niye yadlarına düşmürdü.Beş üç million ermeni lobbisi Prezident Senat seviyyesinde qerarlar qebul ede bilirler bunlar indi ağıl verirler Bunlar üçü de de bir bezin qırağıdır.

Son yazılar