ABŞ ordusunu İraqdan çıxaracaq? - Bayden çəkilmək əmri verib

Ötən çərşənbə günü keçirilmiş danışıqlarda Birləşmiş Ştatlar və İraq bu ölkədən bütün Amerika döyüş bölmələrinin çıxarılması barədə razılığa gəliblər. Amerika hərbçiləri guya İraqda «İslam Dövləti» (İV) terrorçu qruplaşması ilə mübarizə aparmaq məqsədilə yerləşdirilib. Ancaq ABŞ hərbçiləri əvvəlki kimi, İraq təhlükəsizlik qüvvələrinin öyrədilməsi təcrübəsini davam etdirəcəklər.

Bu barədə aprelin 8-də «Frans-Press» agentliyi xəbər verib.

Co Bayden administrasiyasının Vaşinqton və Bağdad arasında keçirdiyi birinci «strateji dialoq»dan sonra hər iki tərəf bəyan edib ki, İraq ordusunun döyüş qabiliyyəti «əhəmiyyətli dərəcədə yaxşılaşıb».

«Tərəflər təsdiqləyiblər ki, ABŞ qüvvələrinin missiyası və koalisiya (İŞİD-lə mübarizə üzrə - Red.) indi öyrədici və məsləhətverici missiyaya keçir ki, bu da qalan bütün döyüş bölmələrinin İraqdan çıxarılmasına imkan verir. Konkret müddət qarşıdakı texniki danışıqların gedişində müəyyən olunacaq» - videokonfrans rejimində keçirilmiş «strateji dialoq» iclasının nəticələri əsasında qəbul edilmiş birgə bəyanatda belə deyilir.

«Amerikalı və digər beynəlxalq güclərin döyüş fəaliyyətindən təlimə keçidi, İraq təhlükəsizlik qüvvələrinin təchizatı və onlara kömək göstərilməsi onların strateji həmkarlığını göstərir və Bağdadın daimi səylərinə dəstəyi təmin edir» - deyə, sənəddə bildirilir.

İraq tərəfi isə bəyanatda ərazisindəki ABŞ hərbi bazalarını hücumlardan, o cümlədən raket hücumlarından qoruyacağını vəd edib.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar