Ukrayna daha Rusiya qazından asılı deyil – “Naftoqaz”

«Naftoqaz Ukrayna» şirkəti sərbəst qaz hasilatını o həcmlərə qədər artırmağı planlayır ki, artıq yaxın perspektivdə mavi yanacağa olan daxili tələbatını özü təmin edə bilsin.

Bu barədə şirkətin başçısı Andrey Kobolev «Nastoyaşeye vremya» nəşrinə müsahibəsində bildirib. Nə üçün «Naftoqaz» Ukrayna qazının hasilatına məhz indi başlamaq fikrinə düşüb? - suala cavab olaraq, Kobolev bildirib ki, əvvəllər buna «Ukrayna daxilindəki hansısa siyasi müqavimət» mane olub.

«Bizə yeni lisenziyalara, yeni böyük yataqlara çıxış imkanı vermirdilər. 2020-ci il bu prosesdə dönüş ili olub, çünki fəaliyyətdə olan hökumət və Ukrayna prezidenti, nəhayət ki, cəsarətli qərar qəbul edib və bizə perspektiv neft-qaz sahələrinə giriş imkanı verib» - Koloblev bildirib. Şirkət rəhbəri izah edib ki, söhbət Xarkov və Dnepropetrovsk vilayətlərindən və Yuzovsk meydanı sahəsinə hüquqdan gedir.

«Orada nə vaxtsa Shell şirkəti işləyib və Rusiyanın təcavüzü nəticəsində ərazini tərk etməyə məcbur olub. Üçüncüsü isə - Qara dəniz şelfidir ki, biz orada kəşfiyyat və qazma işləri aparmağa hazırlaşırıq» - şirkət rəhbəri təsdiqləyib.

Bundan əlavə, Kobolev xəbər verib ki, hazırda Ukrayna 20 milyard kubmetrdən bir qədər artıq qaz hasil edir, ölkənin tələbatı isə il ərzində təxminən 30 milyard kubmetr təşkil edir. Bununla əlaqədar olaraq, «Naftoqaz» başçısı təntənəli surətdə elan edib ki, Ukrayna, nəhayət, öz boynundan Moskvanın «siyasi xaltası»nı çıxara bilib.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar