Menu

Gürcüstanda matəm elan olunub

09.04.2021, 09:56
Gürcüstanda matəm elan olunub

Gürcüstanda aprelin 10-u matəm günü elan olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Qaribaşvili müvafiq qərar imzalayıb.

Sabah qonşu ölkədə faciəvi şəkildə həlak olan işğalda saxlanılan Abxaziyada yaşayan Gürcüstan vətəndaşlarının xatirəsi anılacaq.

Qərara əsasən, sabah ölkə ərazisində dövlət bayraqları endiriləcək.

Xatırladaq ki, aprelin 7-də 4 Gürcüstan vətəndaşı Abxaziyadan Gürcüstanın nəzarətindəki əraziyə İnquri çayını keçməklə daxil olmağa cəhd edərkən boğularaq ölüblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol