"Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində (MTN) fəaliyyət göstərmiş mütəşəkkil dəstənin cinayətlərinin qurbanlarından biri kimi inanmaq istəyirəm ki, prokurorluq tərəfindən adı çəkilən qurumun İstintaq Baş İdarəsinin rəisi olmuş Mövlam Şixəliyevin mənə qarşı qanunsuz hərəkətləri də araşdırılır. Bu çete eyni silahlarla həm mərhum Prezident Heydər Əliyev hökumətində Xarici İqtisadi Əlaqələr Nazirliyinə rəhbərlik etmiş Nicat Quliyevi, həm də məni şərləyib. Bunun üçün əlimdə ciddi əsaslar var. Eyni zamanda sabiq nazir Nicat Quliyev şəxsən özü və vəkilləri KİV-lərə müsahibələrində bu barədə kifayət qədər ətraflı məlumat verərək, MTN-nin saxtakarlıqlarının miqyasını, törətdiyi dəhşətləri gözlər önünə səriblər".
"AzPolitika.info" xəbər verir ki, bunları vaxtilə MTN tərəfindən həbs edilmiş tanınmış jurnalist, “Gününsəsi.info” saytının baş redaktoru Pərviz Həşimli Baş prokuror Kamran Əliyevə ünvanladığı müraciətində yazıb. Jurnalist MTN-nin onun barəsində saxtalaşdırdığı cinayət işində Mövlan Şixəliyevin iştirakının araşdırılmasını və M.Şıxəliyevin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmasını xahiş edib.
Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, M.Şixəliyev MTN-də vəzifədə işlədiyi dövrdə tabeliyində olan şəxslərlə birlikdə 9 halda cinayət işləri üzrə sübutları saxtalaşdırmasına, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif korrupsiya cinayətləri törədərək külli miqdarda rüşvət tələb etməsinə və almasına, 4 halda isə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini hədə-qorxu ilə tələb edərək ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib. Ona Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (ağırlaşdırıcı hallarda hədə-qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma), 341.2.1, 341.2.3 (ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui istifadə etmə və vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham elan edilib və barəsində Bakı hərbi məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
"AzPolitika.info"


Şərhlər
bu hakimiyyetde qanun,mehkeme ancaq sozdedir,sifariwledi