Menu

Bakıda gənc qətlə yetirildi

11.04.2021, 10:14
Bakıda gənc qətlə yetirildi

Bakıda qətl hadisəsi törədilib."Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Biləcəri qəsəbəsinin Asəf Zeynallı küçəsində 1994-cü il təvəllüdlü Allahverdiyev Cavad İttifaq oğlu mübahisə zəminində ürək nahiyəsindən bıçaqlanaraq dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.

Hadisənin təfərrüatı Binəqədi rayon Prokurorluğunda araşdırılır.

Şərhlər

t.ədalət 2021-04-11 11:41:36

Edam hökmü geri qayıtmayana kimi çoxlu günahsız adamlar öldürüləcək.Çünki,bilirlər ki, cəzalarından qurtulacaqlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol