Menu

Xətai rayonunda gənc yol qəzasında xəsarət alıb

11.04.2021, 14:06
Xətai rayonunda gənc yol qəzasında xəsarət alıb

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib."Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

İnqilab İsmayılov küçəsində iki avtomobilin toqquşması nəticəsində 2003-cü il təvəllüdlü Nəsrullayev Nicat Elşad oğlu müxtəlif xəsarətlər alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol