Menu

Çində kömür mədəni çöküb, 21 işçi şaxtada qalıb

11.04.2021, 11:27
Çində kömür mədəni çöküb, 21 işçi şaxtada qalıb

Çinin Sintszyan-Uyğur Muxtar rayonunda kömür mədənində çökmə baş verib. “Report” “Sinxua” agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı şaxtada 29 nəfər olub.

Onlardan cəmi 8 nəfəri yerin üstünə çıxa bilib. Hazırda mədəndə xilasetmə işləri aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol