"Beşiktaş"ın hücumçusu Bakıdakı oyunları buraxır

Türkiyə millisinin və "Beşiktaş" klubunun futbolçusu Cenk Tosun zədələnib.

"Report" "TRT Sport"a istinadla xəbər verir ki, 30 yaşlı hücumçu Superliqanın XXXII turunda "Erzurumspor"u 4:2 hesabı hesabı ilə məğlub etdikləri oyunda sıradan çıxıb.

Tosun mövsümün qalan matçlarında oynaya bilməyəcək. Təcrübəli forvardın Avropa çempionatında da iştirak etməyəcəyi gözlənilir.

Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri də ev sahibliyi etməlidir. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. Dörd oyununun hər birində ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar