Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Fəzail Feyruz oğlu İbrahimli “Şöhrət” ordeni ilə təltif edilib.
"Report"un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, Fəzail İbrahimli Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədridir. VHP sədrinin birinci müavini olan F.İbrahimli parlament rəhbərliyində müxalifəti təmsil edir.
F.İbrahimli 1951-ci il aprelin 12-də Yardımlı rayonunun Çanaqbulaq kəndində anadan olub. Bu gün onun 70 yaşı tamam olur.


Şərhlər
Müxalif fikir və ya müxalifətçi olmaq üstünlük deyil, sadəcə hakim ideologiya ilə fərqli olmaq deməkdir. Bu meseleni gülünc vəziyyətə salmaq niyə lazım. Nə vaxtdan fərqli fikir sahibi olub bu vitse? Veya müxalif adlanan milli nəclisdə oturanlar hardan müxalif oldu?
Fəzail İbrahimli, Qüdrət Həsənquliyev və müxalifət adı ilə digərləri kimi hökumətin müxalifıtidir.
F.İbrahimli müxalifətçidir?
Halal olsun! Fəzail müəllim ləyaqətli ziyalıdır. Allah mənə də qismət elədi ki, onu təbrik edim. Ömrünüz uzin olsun, dəyərli ağsaqqalımız!