Menu

Bakının prospektlərindən birinə “8 Noyabr” adı verilib

12.04.2021, 14:48
Bakının prospektlərindən birinə “8 Noyabr” adı verilib

Bakıın Nobel prospektinin adı dəyişdirilərək “8 Noyabr” prospekti adlandırılıb.

"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı qərar bu gün qəbul edilib.

Hərbi Qənimətlər Parkı da “8 noyabr” prospektində yerləşir.

Gələcəkdə bu prospektdə Vətən müharibəsi memorial kompleksi və Zəfər Muzeyinin yaradılması da planlaşdırılır.

Şərhlər

t.ədalət 2021-04-12 15:18:44

Bəyənilən addımdır.Biz bütün küçə və prospektləri milliləşdirməliyik.Xain bolşeviklərdən və kommunistlərdən qalan adları lənət arxivinə gömüb,onların yerinə müstəqilliyimiz və Vətənimiz üçün döyüşənləri gətirməliyik.Hələ də ayna sultanovanın iylənmiş abidəsi bizə rus işğalını xatırladır.Abidənin yanəından ötəndə bu qadının göstərişi ilə olmazın işgəncələrinə məruz qalan Mikayıl Müşfiqin iniltiləri qulağıma gəlir.Bolşeviklərin hamısına Allah lənət eləsin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol