Menu

“Ukrayna heç vaxt “rus dünyası”nın bir parçası olmayacaq” - XİN başçısı

13.04.2021, 16:05
“Ukrayna heç vaxt “rus dünyası”nın bir parçası olmayacaq” - XİN başçısı

Ukrayna Qərb dünyasının bir parçasıdır və heç vaxt “rus dünyası”nın bir parçası olmayacaq.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Brüsseldə NATO Baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiya Ukraynanın Qərb dünyasına, demokratik dünyaya aid olduğunu və Qərbin Ukrayna demokratiyasını və onun suverenliyini məhv etməyə imkan verməyəcəyini anlamalıdır.

“Bu çox sadə və aydın siqnaldır. Bu barədə dostlarımız və tərəfdaşlarımız Rusiyanı məlumatlandıra bilərlər. Ukrayna heç vaxt “rus dünyası”nın bir parçası olmayacaq”, - deyə Ukrayna XİN başçısı qeyd edib.

Ukraynalı nazir Rusiyanın aqressiv niyyətlərini dayandırmaq üçün əməli addımların atılmasının, o cümlədən sanksiyaların tətbiq edilməsi və Ukraynanın müdafiə qabiliyyətinə birbaşa dəstəyin göstərilməsinin zəruriliyini də vurğulayıb.

Şərhlər

t.ədalət 2021-04-13 19:46:28

Biz hərbi xidmətdə olanda ruslar həmişə ermənilərin tərəfində,ukraynalılar isə bizim tərəfdə olurdular.İnanıram ki,tezliklə bizim gənclər xaricə üz tutanda düşmən Rusiyanı yox,dost Ukraynanı seçəcəklər.Ukrayna millilıiyin qalasıdır.Taras Şevçenkonun"Mən öləndə məni elə bir yerdə dəfn edin ki,oradan Ukraynanın ucsuz-bucaqsız çölləri görünsün" ifadəsi elə-belə deyilməyib.Vətən sevgisi,milli qürur hissi insanın milliliyindən qaynaqlanır.Ukrayna həmişə milliyin zirvəsində olub.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol