İran çərşənbə günündən etibarən uranın 60 %-dək zənginləşdirilməsinə başlayır. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu İran xarici işlər nazirinin müavini Abbas Ərakçı deyib.
Onun sözlərinə görə, ötən həftə qəza baş verən Nətənz nüvə obyektində daha 1000 sentrifuqa quraşdırılacaq, zərər görən cihazlar dəyişdiriləcək.
Qeyd edək ki, bundan əvvəl İranın XİN başçısı Məhəmməd Cavad Zərif tezliklə Nətənzdə yeni nəsil uran zənginləşdirmə sentrifuqalarının quraşdırılacağını bəyan etmişdi.


Şərhlər
əcəbdi! iranın nüvə silahı yaratmasına nəyə görəsə göz yumulur!